Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək

Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək Tədbirdə ali məktəblər arasında əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunacaq
Elm və təhsil
2303
20 Aprel , 2017 14:01
Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Başqırdıstanın paytaxtı Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək.

"Report" Başqırdıstan KİV-inə istinadən xəbər verir ki, tədbir bu il mayın 17-19-da baş tutacaq.

Forumda iki ölkə universitetlərinin nümayəndələri əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

İndi tədbirə hazırlıq və gündəliyin tərtib olunması prosesi gedir.

Son xəbərlər

Orphus sistemi