Ucarın Təhsil Şöbəsinin müdiri təqaüdə göndərilib - FOTO

Ucarın Təhsil Şöbəsinin müdiri təqaüdə göndərilib - FOTO Ucar Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov təqaüdə göndərilib.
Elm və təhsil
25 İyun , 2020 22:48
Ucarın Təhsil Şöbəsinin müdiri təqaüdə göndərilib - FOTO

Ucar Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov təqaüdə göndərilib.

"Report" xəbər verir ki, F.İsrəfilov iyunun 25-də Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, icra başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva və Ucar Rayon Təhsil Şöbəsinin məhdud sayda əməkdaşların iştirakı təqaüdə yola salınıb. 

Müdir vəzifəsinin icrası müvəqqəti olaraq Ucar Rayon Təhsil Şöbəsinin metodisti Rəna Cəfərovaya həvalə olunub.

Fuad İsrəfilov
Fuad İsrəfilov

İsrəfilov Fuad Məhəmmədiyyə oğlu 1955-ci ildə Ucar rayonunun Məlikballı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin (H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutu) “İbtidai təhsilin metodikası və pedaqogikası” ixtisasına yiyələnib, sonra həmin univeristetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1977-1981-ci illərdə rayonun Qazıqumlaq kəndində müəllim, direktor müavini vəzifəsində işləyib.

1981-ci ildən komsomol, partiya, icra hakimiyyəti orqanlarında işləyib. 2004-cü ilin aprelindən Ucar Rayon Təhsil Şöbəsinin müdiri idi.

Qeyd edək ki, F.İsrəfilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi