Üç ildə Azərbaycanda müxtəlif səbəblərdən 286 tələbə ölüb

Üç ildə Azərbaycanda müxtəlif səbəblərdən 286 tələbə ölüb Akademik borca görə 7 488 nəfər təhsil aldığı müəssisədən xaric edilib
Elm və təhsil
29 Mart , 2016 14:14
Üç ildə Azərbaycanda müxtəlif səbəblərdən 286 tələbə ölüb

Akademik borca görə 7 488 nəfər təhsil aldığı müəssisədən xaric edilib

Bakı. 29 mart. REPORT.AZ/ 2012-ci ilin martın 28-dən 2015-ci ilə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə ümumilikdə 499 077 məlumat daxil edilib. "Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

Statistika ali təhsil və orta ixtisas pilləsi üzrə hesablanıb.

Məlumata görə, bu müddət ərzində sistemə daxil edilən statistika aşağıdakı kimidir:

Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu - 5 512,

Xarici təhsil müəssisələrindən köçürmələr - 10 486

Ölkədaxili köçürmələr - 8 886

İxtisas dəyişmələri - 9 495

Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri - 28

Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr - 33

Akademik borca görə xaricedilmələr - 7 488

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr - 6 174

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr - 17 165

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr - 7 574

Təkrar kursda saxlanılmalar - 2 334

Bərpalar - 22 391

Şəxsi məlumatların dəyişməsi - 13 646

Ölüm halları - 286 (bakalavriat səviyyəsində 167, magistraturada 5, tam orta təhsil bazasında 49, ümumi orta təhsil bazasında isə 65 nəfər)

Diplomalma - 339 388.

Qeyd edək ki, təqdim olunan material TQDK, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilən məlumatlar əsasında hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi