Türkiyənin təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub

Türkiyənin təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
Elm və təhsil
10 Oktyabr , 2019 17:57
Türkiyənin təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycana rəsmi səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

Türkiyənin milli təhsil naziri yüksək standartlara cavab verən bu təhsil müəssisəsində təhsilalanlar üçün yaradılan şəraitlə yaxından tanış olub.