Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 27-28-də Bakıda Türkdilli ölkələrin ("Türkkon") təhsil nazirlərinin iclası keçiriləcək.
"Türkkon"dan "Report"a bildiriblər ki, iclasda iştirakçı ölkələrin təhsil nazirlikləri qarşısında duran aktual məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Türkdilli Ölkələrin Şurası 2009-cu il oktyabr ayının 3-də yaradılıb. Şuraya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikası daxildir.