TQDK test tapşırıqlarının məxfi qaydada hazırlanması işinə mütəxəssis qəbulu elan edib

TQDK test tapşırıqlarının məxfi qaydada hazırlanması işinə mütəxəssis qəbulu elan edib Mütəxəssislər ixtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalıdır
Elm və təhsil
278
17 Oktyabr , 2014 10:56
TQDK test tapşırıqlarının məxfi qaydada hazırlanması işinə mütəxəssis qəbulu elan edib
Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib. “Report”un xəbərinə görə, mütəxəssis müxtəlif ixtisas istiqamətləri üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün tələb olunan funksiyaları yerinə yetirməlidir. Bu sıraya sifariş əsasında test tapşırıqlarını tərtib etmək, test tapşırıqlarının ekspertizasını həyata keçirmək, test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Mütəxəssislər ixtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və ya rus dilini mükəmməl bilməlidir. Həmçinin onlar test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir.

Maraqlanan şəxslər noyabrın 16-dək öz CV-lərini TQDK-ya göndərməlidirlər.

Son xəbərlər

Orphus sistemi