TQDK SAT imtahanını təşkil edəcək

TQDK SAT imtahanını təşkil edəcək İlk imtahan 2015-ci ilin yanvarın 24-də TQDK-nın test mərkəzində keçiriləcək
Elm və təhsil
3294
11 Dekabr , 2014 10:05
TQDK SAT imtahanını təşkil edəcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) SAT imtahanını təşkil edəcək. "Report" xəbər verir ki, bu barədə Komissiyanın yaydığı məlumatda bildirilib.

İlk imtahan 2015-ci ilin yanvarın 24-də TQDK-nın test mərkəzində – Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat cari ilin dekabr ayının 29-dək aparılır. Qeydiyyatdan keçmək istəyənlər bu linkə (http://sat.collegeboard.org/register/test-center-code-search) daxil ola bilər.

Xatırladaq ki, SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir. 

Son xəbərlər

Orphus sistemi