TQDK ərizə qəbulunun vaxtını uzadıb

TQDK ərizə qəbulunun vaxtını uzadıb Ərizə qəbulu bu gün saat 11:00-dan mayın 31-i saat 23:59-dək davam etdiriləcək
Elm və təhsil
20 May , 2015 10:56
TQDK ərizə qəbulunun vaxtını uzadıb

Bakı. 20 may. REPORT.AZ/ Tam (11- illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb. TQDK-dan "Report"a verilən xəbərə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisnadır və onlara sənəd qəbulunun müddəti uzadılmayıb. Məlumatda qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu bu gün saat 11:00-dan mayın 31-i saat 23:59-dək davam etdiriləcək.

Ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizəsinin təsdiqini təmin edən orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən və Azərbaycanın orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi elektron ərizə təsdiq edə bilərlər.

Son xəbərlər

Orphus sistemi