Bakı. 12 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari ildə keçiriləcək qəbul imtahanlarının vaxtları təsdiq olunub. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
Qəbul imtahanlarına ərizə qəbulu aprelin 1-dən 30-na kimi aparılacaq. Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı mayın 17-də, I və IV qruplar üzrə - mayın 24-də, cari ilin məzunları üçün I və IV qruplar üzrə qəbul imtahanı iyulun 14-də, II və III qruplar üzrə iyulun 25-də olacaq.