TQDK Bakı məktəblərinin şagirdləri üçün keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib

TQDK Bakı məktəblərinin şagirdləri üçün keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib Qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür
Elm və təhsil
4 İyun , 2015 16:56
TQDK Bakı məktəblərinin şagirdləri üçün keçirdiyi buraxılış imtahanının nəticələrini elan edib

Bakı. 4 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. 

TQDK-dan “Report”a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə Komissiyanınnın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.

TQDK xatırladır ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı “Abituriyent” jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir sual 1 balla hesablanır.

Son xəbərlər

Orphus sistemi