TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb

TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər
Elm və təhsil
7 Mart , 2016 15:57
TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb

Bakı. 7 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 2016-cı il martın 6-da keçirilən birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apellyasiya Komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.