Tofiq Hacıyevin həyat yoldaşı da dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

Tofiq Hacıyevin həyat yoldaşı da dəm qazından zəhərlənib, vəziyyəti ağırdır Akademik sabah dəfn olunacaq
Elm və təhsil
314
27 Noyabr , 2015 13:35
Tofiq Hacıyevin həyat yoldaşı da dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev sabah dəfn olunacaq. Akademikin ailəsindən "Report"a verilən məlumata görə, onunla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək: "Mərasimin vaxtı və digər məsələlər hələ tam məlum deyil".

Ailədən bildirilib ki, hadisə vaxtı evdə olan Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva da zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, hazırda komadadır.

79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Qeyd edək ki, Tofiq Hacıyev bu gün səhər dəm qazından zəhərlənərək ölüb.

Son xəbərlər

Orphus sistemi