Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə "Report"a institutdan məlumat verilib.
İnstitutdan həmçinin bildirilib ki, akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 28-də saat 12:00-da keçiriləcək.
Qeyd edək ki, Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva bu gün səhər dəm qazından zəhərlənib. T.Hacıyev ölüb, həyat yoldaşı isə hazırda komadadır.