Agentlik daha 7 peşə ixtisası üzrə sertifikat verəcək

Agentlik daha 7 peşə ixtisası üzrə sertifikat verəcək Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində bir neçə ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradı.
Elm və təhsil
29 Sentyabr , 2021 11:31
Agentlik daha 7 peşə ixtisası üzrə sertifikat verəcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində bir neçə ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradı.

"Report" xəbər verir ki, həmin ixtisaslar aşağıdakılardır:

- “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar”

- “Bərbər”

- “Aşpaz”

- “Avtomobil təmiri-çilingəri”

- “Mobil telefonların təmiri ustası”

- “Plastik boru qaynaqçısı”

- “Qənnadçı-Şirniyyatçı”

Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - Sertifikat təqdim ediləcək. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi