​Tibb üzrə Nobel mükafatı parazitar infeksiyaların müalicəsinə görə verilib

​Tibb üzrə Nobel mükafatı parazitar infeksiyaların müalicəsinə görə verilib 2015-ci il üçün tibb üzrə Nobel mükafatına alimlər Uilyam Kempl, Satoşi Omura və Tu Yuyu layiq görülüb
Elm və təhsil
631
5 Oktyabr , 2015 15:36
​Tibb üzrə Nobel mükafatı parazitar infeksiyaların müalicəsinə görə verilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ 2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı parazitar xəstəliklərin, o cümlədən malyariyanın müalicəsində yeni üsulların işlənib hazırlanmasına görə verilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Stokholmda Karolina Tibb İnstitutu yanında Nobel Komitəsi açıqlama ilə çıxış edib.

2015-ci il üçün tibb üzrə Nobel mükafatına alimlər Uilyam Kempl, Satoşi Omura və Tu Yuyu layiq görülüb

Laureatların mükafatlandırılması mərasimi Stokholmda dekabrın 10-da ənənəvi olaraq Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (953 min ABŞ dolları) bərabər olacaq.