Tərcümə Mərkəzinin nəşr etdiyi sözlükdə bəzi coğrafi adlar rəsmi sənədlərdən fərqli qaydada verilib - SİYAHI

Tərcümə Mərkəzinin nəşr etdiyi sözlükdə bəzi coğrafi adlar rəsmi sənədlərdən fərqli qaydada verilib - SİYAHI Qırğız Respublikası - Qırğızıstan kimi təqdim olunub
Elm və təhsil
222
8 Yanvar , 2018 11:30
Tərcümə Mərkəzinin nəşr etdiyi sözlükdə bəzi coğrafi adlar rəsmi sənədlərdən fərqli qaydada verilib - SİYAHI
Report

Bakı. 8 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra coğrafi adlar yeni, bəzi hallarda isə köhnə (hazırda istifadə edilməyən) variantda təqdim olunub.

“Report” xəbər verir ki, sözlükdə yer alan şəhər adları sırasında Moldovanın paytaxtının adı Kişineu deyil, Kişinyov kimi göstərilib.

Bundan başqa, adlarını dəyişdirmiş dövlətlərdən Qırğız Respublikası - Qırğızıstan (Azərbaycanın rəsmi sənədlərində Qırğız Respublikası kimi təqdim olunur), Monqol Eli - Monqolustan kimi təqdim olunub.

Bəzi hallarda Həbəşistan kimi təqdim olunan ölkə - Efiopiya, Monteneqro - Çernoqoriya kimi göstərilib.

Bundan başqa, sözlükdə Qüds şəhərinin adı yer almayıb, həmin şəhər Yerusəlim kimi göstərilib.

Siyahıda Koreyanın adı yer alsa da, Koreya Xalq Demokratik Respublikasının (qeyri-rəsmi şəkildə Şimali Koreya adlandırılan KXDR) adı yoxdur.

Son xəbərlər

Orphus sistemi