Nazir: "Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir"

Nazir: "Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir" "Keyfiyyətli təhsil üçün sorğu yaradılıb"
Elm və təhsil
15 Mart , 2021 16:32
Nazir: Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir
Emin Əmrullayev

“Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir və bu amillərin prioritetləşdirilməsi Təhsil Nazirliyi üçün olduqca vacibdir”.

“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək faydalıdır:

“Keyfiyyətli təhsil üçün sorğu yaradılıb. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz”.

Son xəbərlər

Orphus sistemi