“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib.
Elm və təhsil
1 Noyabr , 2017 13:30
“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib.

İdarədən "Report"a verilən məlumata görə, Fəaliyyət Planında BŞTİ tərəfindən 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılması, ötən tədris ilinin yekunlarının təhlili və nəticələr əsasında əməli fəaliyyətlərin planlaşdırılması, 2017-2018-ci dərs ilində həyata keçirilməsi zəruri olan tədbirlər əksini tapıb. Həmçinin müvafiq istiqamətlər üzrə ümumi təhsil müəssisələrinin görəcəyi işlər qeyd edilib.

Fəaliyyət Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili”nin əsas məqsədi və mahiyyəti, bununla bağlı qarşıda duran vəzifələr haqqında pedaqoji kollektivlərə ətraflı məlumat verilir. “Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyətlərin vaxtında yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri işlər görülür.

Qeyd edək ki, BŞTİ-nin müvafiq sektorları və Təlimə Dəstək Mərkəzi tərəfindən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı məktəblərə təşkilati-metodiki kömək göstərilir. Həmçinin Fəaliyyət Planının yerlərdə yerinə yetirilməsi vəziyyətinin nəzarətdə saxlanılması, monitorinqlərin keçirilməsi planlaşdırılır.

Fəaliyyət Planı əsasında reallaşdırılan tədbirlər çərçivəsində 2017-2018-ci tədris ili ərzində bir sıra ümumi təhsil müəssisələri rəhbərlərinin hesabatları dinlənilərək müvafiq təkliflərin hazırlanması da nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi