"Təhsil və media dialoqu" mövzusunda konfrans işini Bakı Ali Neft Məktəbində davam etdirib

"Təhsil və media dialoqu" mövzusunda konfrans işini Bakı Ali Neft Məktəbində davam etdirib Elmar Qasımov: "Yeniliklər olmadan inkişaf etmək mümkün deyil"
Elm və təhsil
22 Dekabr , 2014 15:29
Təhsil və media dialoqu mövzusunda konfrans işini Bakı Ali Neft Məktəbində davam etdirib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Təhsil və media dialoqu" mövzusunda praktik konfransın ikinci paneli öz işini Bakı Ali Neft Məktəbində (BANM) davam etdirir. "Report" xəbər verir ki, tədbirdə ilk olaraq çıxış edən BANM-in rektoru Elmar Qasımov media nümayəndələrinin, tanınmış KİV rəhbərlərinin bu ali məktəbdə toplanmasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

Məktəbin yaranma tarixi haqqında iştirakçılara məlumat verən E.Qasımov deyib ki, məqsəd Azərbaycanda yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş və dünya səviyyəli yerli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə ali məktəbdə tədris və təlim tərbiyə məsələlərinə böyük əhəmiyyət verilir.

BANM-ın KİV ilə əməkdaşlığa da xüsusi önəm verdiyini xatırladan rektor bu sahədə bütün mətbu qurumlarla əlaqələrin genişləndirildiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, "media və təhsil dialoqu" ali məktəbləri idarə edən şəxslərə də lazımdır: "İctimaiyyətlə əlaqələr mövzusu bizi maraqlandıran, eləcə də idarəçilikdə əsas istiqamətlərdən biri olmalıdır. Bunu nəzərə alaraq rəhbərlə şöbə müdiri arasında əlaqə daima sıx olmalıdır. Odur ki, bizim ali məktəb üçün sadaladığım nüanslar olduqca vacibdir. Bu vasitə ilə təkcə göstərilən fəaliyyətin KİV-də işıqlandırılması deyil, həm də ictimaiyyətə necə çıxmaq önəmlidir. Gələcəkdə həm də mətbuat orqanlarının rəhbərlərinin təlimləri keçirilməlidir. Çünki yeniliklər olmadan inkişaf etmək mümkün deyil. Bu səbəbdən öyrənəcəyimiz hələ çox şey var”.

Rektor gələcəkdə fotoqrafiya məsələsinin də müzakirə mövzusu olmasını təklif edib. Onun sözlərinə görə, fotoqraflar ancaq şablon formada şəkil çəkirlər: "Hər zaman onlara irad tutmuşam ki, heç kimi pasport şəklində çəkməyin. Ona görə də fotoqraflar daha yaradıcı olmalıdır. Xarici jurnallara nəzər yetirsək, görərik ki, həmin fotoqraflar standartlardan kənar foto çəkərək insanların diqqətini cəlb edə bilirlər".

Sonra BANM haqqında videoçarx nümayiş olunub.

Ardınca Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun mütəxəssisi Samir Paşayevin mederatorluğu ilə "Sosial mediada necə təqdim olunmalı?" mövzusu ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi