"Təhsil və elmin vahid idarəçilikdə birləşdirilməsi növbəti uğurlara yol açacaq" - RƏY

"Təhsil və elmin vahid idarəçilikdə birləşdirilməsi növbəti uğurlara yol açacaq" - RƏY "Təhsil və elmin vahid idarəçilikdə birləşdirilməsi növbəti uğurlara yol açacaq".
Elm və təhsil
29 İyul , 2022 15:19
Təhsil və elmin vahid idarəçilikdə birləşdirilməsi növbəti uğurlara yol açacaq - RƏY

"Təhsil və elmin vahid idarəçilikdə birləşdirilməsi növbəti uğurlara yol açacaq".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən islahatlar uğurlu şəkildə davam etməkdədir:

"İslahatlar paketi yalnız kadrların dəyişdirilməsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində ölkəmiz yalnız idarəçi kadr patensialı baxımından deyil, həm də idarəçilik sisteminin yeniləşməsi ilə növbəti inkişafa yönlənmişdir. Son illərdə bəzi dövlət strukturlarının birləşdirilməsi, yeni qurumların yaradılması, idarəçiliyin modernləşdirilməsi, yeni dünya düzəninə cavab verən idarəetmə formasının qurulması ölkə rəhbərinin idarəetmə sahəsində siyasətinin başlıca xəttini təşkil edir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son fərmanı yeni çağırışların, islahatların tərkib hissəsi kimi günün tələbindən irəli gələn bir sənəddir:

"Bu fərmanda nəzərdə tutulan dəyişikliklər, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsini və təhsil uğurları əsasında elmin inkişafını hədəfə alıb. Dünya elmşünaslığında hər zaman öz mövqeyi olmuş, böyük alimləri ilə tarixdə ad qoymuş Azərbaycanın bütün sahələrdə olduğu kimi, çağdaş elmi fəaliyyətdə də önə çıxması hər kəsi, xüsusilə ölkə rəhbərliyini düşündürən önəmli məsələlərdəndir. Ümummilli lider Heydər Əliyevin elmə və alimlərə qayğısı Prezident İlham Əliyev tərəfindən ötən illərdə uğurla davam etdirilib. Milli Elmlər Akademiyası, onun elmi institutlarının fəaliyyəti daim ölkə rəhbərinin diqqətində olub. Son fərman da elə bu diqqət və qayğının növbəti önəmli nümunəsidir".

R.Mahmudov vurğulayıb ki, Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, ölkənin elmi-intellektual potensialının bir mərkəzdə cəmləşdirilməsi bu sahənin yeni inkişafına səbəb olacaq:

"Prezidentin fərmanında nəzərdə tutulan islahatlar Azərbaycan vətəndaşının məktəbəqədər təhsildən başlamış elmin zirvəsinədək biliklər aləmində yüksəliş yolunun bir qurumun nəzarətində olmasını təmin edəcək. Elm-təhsil sferasını əhatə edən bu struktur dəyişikliyinin ciddi nailiyyətlərə səbəb olacağı şübhəsizdir. Prezidentin elm və təhsillə bağlı köklü islahatları həm də bütövlükdə islahatlar paketinin tərkib hissəsidir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dünya miqyasında inkişaf zirvəsinə çatmasını qəti şəkildə qarşıya məqsəd qoyub və ölkəmizi bu məqsədə doğru aparır. Birmənalı şəkildə dövlət başçısının imzaladığı məlum fərman ölkəmizdə elmin, təhsilin inkişafına hesablanıb və uğurlu inkişaf strategiyasına böyük töhfədir".

Son xəbərlər

Orphus sistemi