Təhsil sahəsində Türkiyə ilə anlaşma memorandumu imzalanıb

Təhsil sahəsində Türkiyə ilə anlaşma memorandumu imzalanıb Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK) arasında anlaşma memorandumu imzalanıb.
Elm və təhsil
28 İyul , 2021 16:22
Təhsil sahəsində Türkiyə ilə anlaşma memorandumu imzalanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK) arasında anlaşma memorandumu imzalanıb.

"Report"un məlumatına görə, imzalanan sənədin əsas məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.

Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

Qeyd edək ki, memorandumun imzalanması və əməkdaşlıq sahəsində müzakirələrin aparılması TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində həyata keçirilib.

Sənədi TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov və YÖKAK rəhbəri professor Muzaffer Elmas imzalayıblar.

Son xəbərlər

Orphus sistemi