Təhsil Problemləri İnstitutunda cari ilin planları müzakirə edilib

Təhsil Problemləri İnstitutunda cari ilin planları müzakirə edilib İclasda Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri iştirak ediblər
Elm və təhsil
16 Yanvar , 2015 15:08
Təhsil Problemləri İnstitutunda cari ilin planları müzakirə edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Təhsil Problemləri İnstitutunda (TPİ) iclas keçirilib. Bu barədə "Report"a institutun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən məlumat verilib.

İnstitutun direktoru Qulu Novruzov müasir dövrdə təhsil sisteminin başlıca vəzifələri barədə danışaraq bildirib ki, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, yüksək keyfiyyətli vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq üçün elə təhsil sistemi yaratmaq lazımdır ki, səriştəli təhsilverənlərə və ən yeni texnologiyalara əsaslansın, infrastruktura malik olsun, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutsun. Bütün bunların fəaliyyətə keçirilməsi işində institutun üzərinə böyük məsuliyyət düşür və çox böyük tədqiqatların aparılması zəruridir.

İnstitutun direktor müavini Ənvər Abbasov təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından cari ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri mövzusunda təqdimatla çıxış edib. Çıxışında Təhsil Problemləri İnstitutunda reallaşdırılacaq Dövlət Strategiyasından irəli gələn tədqiqat istiqamətlərini açıqlayıb.

Ə.Abbasov təqdimatında səriştəyə əsaslanan şəxsiyyətyönümlü məzmunun yaradılması üzrə yüksək nüfuzlu təhsil verənlərin formalaşması, yeni idarəetmə sisteminin, infrastrukturun, maliyyələşdirmə mexanizmlərinin yaradılması məsələləri üzrə pedaqoji problemləri əks etdirən istiqamətlərdən danışıb.

İclasda Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi