Bakı. 7 iyul. REPORT.AZ/ Təhsil naziri
Əmrə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək Xüsusi təhsil şöbəsi adlandırılacaq.
Həmçinin, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə veriləcək.
Eyni zamanda, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə
Bundan başqa, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevaya tapşırılıb ki, 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.
Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.