Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı yekun nəticələri açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı yekun nəticələri açıqlayıb Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb
Elm və təhsil
1736
18 Sentyabr , 2017 17:55
Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı yekun nəticələri açıqlayıb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Tələbələrin ölkə daxilində və xaricidə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib.

Son xəbərlər

Orphus sistemi