Təhsil Nazirliyi: Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur

Təhsil Nazirliyi: Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq.
Elm və təhsil
7 May , 2020 17:05
Təhsil Nazirliyi: Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur
Təhsil naziri Ceyhun Bayramov / Report
0 : 00
0 : 00

"Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: "Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımdan məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi Baş Nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun, şərait nəzərə alınaraq hazırlanıb".

Son xəbərlər

Orphus sistemi