Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Ötən il ərzində Azərbaycan və rus bölmələri üzrə II, III, IX, X və XI siniflərə aid 19 dərslik elektron formatda hazırlanaraq portala yerləşdirilib. Bundan əlavə, hər iki bölmə üzrə 15-i II, 15-i III, 17-si IV və 31-i VIII sinif dərsliyi olmaqla ümumilikdə 78 dərslik yeniləri ilə əvəzlənib. Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb. Ötən tədris ilində portala 5, 6, 7, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi 5, 6 və 9-cu sinif, ədəbiyyat 6-cı sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib.
2019-cu ildə
Ötən il ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Qazaxıstan və Hollandiya olub.
Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif), Azərbaycan tarixi (5-ci sinif), ədəbiyyat (7-ci sinif), ədəbiyyat (5-ci sinif), ədəbiyyat (10-cu sinif), coğrafiya (6-cı sinif), fizika (7-ci sinif) və biologiya (7-ci sinif) olub.
İstifadəyə verildiyi 5 il ərzində portala 2 255 371 unikal istifadəçi tərəfindən 6 172 352 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 47 339 812 olub.
2014-cü ildən fəaliyyət göstərən