Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı açıqlama yayıb

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı açıqlama yayıb Təhsil Nazirliyi müəllimlərin sertifikasiya ilə bağlı açıqlama yayıb.
Elm və təhsil
6 İyul , 2022 12:16
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı açıqlama yayıb

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb.

Qurumdan "Report"a bildirilib ki, nazirlik müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

"Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi