Təhsil Nazirliyi: "Məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir"

Təhsil Nazirliyi: "Məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir" "Hər gün mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə şagird davamiyyəti barədə məlumatlar toplanılır. Bu sahədə hər hansı ciddi problem müşahidə olunmur".
Elm və təhsil
3 Noyabr , 2021 17:25
Təhsil Nazirliyi: Məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir
Orxan Abbasov

"Hər gün mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə şagird davamiyyəti barədə məlumatlar toplanılır. Bu sahədə hər hansı ciddi problem müşahidə olunmur".

Bu fikirləri "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, indiki vəziyyətlə pandemiya dönəmindən əvvəlki zamanla müqayisədə elə ciddi dəyişiklik hiss olunmur: "Hazırda şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. Yəni bununla bağlı bir sıxıntı görünmür".

"Pandemiya şəraitində tədrisin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı icra olunur. Məktəblərdə tədrisin təşkili də məhz həmin qaydalar əsasında keçirilir. Məktəblərdə mütəmadi şəkildə dezinfeksiya işləri aparılır. Şagird və müəllimlərin hərarəti gündəlik olaraq ölçülür. Hər hansı şübhəli məqam olduğu təqdirdə sanitar-epidemioloji qurumlar tərəfindən yerində yoxlanış keçirilir və məsələ aktlaşdırılır. Qərarın nəticəsindən asılı olaraq məktəb barədə qərar verilir" - deyə O.Abbasov əlavə edib.

Son xəbərlər

Orphus sistemi