Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Elm və təhsil
223
29 Mart , 2018 19:54
Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı. 29 mart. REPORT.AZ/ Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.

"Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur", - məlumatda qeyd olunub.