Təhsil Nazirliyi dərslik və metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb

Təhsil Nazirliyi dərslik və metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb Təklif və iradlar derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər
Elm və təhsil
2064
24 Yanvar , 2017 15:04
Təhsil Nazirliyi dərslik və metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə həmin dərslik və metodik vəsaitlər http://trims.edu.az/site/search.php?search=ok&book_form_id=2 keçidində yerləşdirilib.

Təqdim olunan keçiddən yerləşdirilmiş istənilən dərslik və metodik vəsaiti onlayn oxumaq, PDF variantda kompüterə yükləmək, eyni zamanda xüsusi ayrılmış sahədə təklif və iradları yazmaq mümkündür.

Təklif və iradlar derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.