Təhsil Nazirliyi: Bu il Azərbaycanda I sinfə 165780 şagirdin gedəcəyi gözlənilir

Təhsil Nazirliyi: Bu il Azərbaycanda I sinfə 165780 şagirdin gedəcəyi gözlənilir
Elm və təhsil
59
23 May , 2018 11:38
Təhsil Nazirliyi: Bu il Azərbaycanda I sinfə 165780 şagirdin gedəcəyi gözlənilir
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ 2017/2018-ci tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Bunu "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayının isə 165780 nəfər olacağı gözlənilir.

Qeyd edək ki, məktəblərdə dərslər iyunun 14-də başa çatacaq.