Təhsil Nazirliyi: Astarada müəllimdən pul tələb olunması iddiası ilə bağlı xidməti araşdırma aparılır

Təhsil Nazirliyi: Astarada müəllimdən pul tələb olunması iddiası ilə bağlı xidməti araşdırma aparılır Bakı. 15 may. REPORT.AZ/ Təhsil Nazirliyi Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevin məktəb direktorunun ondan pul tələb etməsi və buna görə onun sıxışdırılması iddialarına münasibət bildirib.
Elm və təhsil
15 may 2018 09:42
Təhsil Nazirliyi: Astarada müəllimdən pul tələb olunması iddiası ilə bağlı xidməti araşdırma aparılır
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Təhsil Nazirliyi Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevin məktəb direktorunun ondan pul tələb etməsi və buna görə onun sıxışdırılması iddialarına münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyində xidməti araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək" - nazirliyin cavabında əlavə olunub.

Son xəbərlər

Orphus sistemi