Təhsil Nazirliyi: 9196 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub

Təhsil Nazirliyi: 9196 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub Bakı. 27 avqust. REPORT.AZ/ 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Elm və təhsil
27 Avqust , 2018 16:23
Təhsil Nazirliyi: 9196 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 11 017 nəfər qeydiyyatdan keçib.

Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə ödənişsiz formada həyata keçirilib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Müsabiqənin nəticələri barədə məlumat Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifələrində yerləşdirilib.

İxtisas seçimindən uğurla keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsini (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər) və güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənədi avqustun 31-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. 

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi