Təhsil naziri Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək

Təhsil naziri Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də görüşə gələ bilərlər
Elm və təhsil
15 Sentyabr , 2016 19:58
Təhsil naziri Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də saat 11:00-da Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri ilə keçiriləcək görüşdə həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Görüşə gəlmək istəyən vətəndaşlar sentyabrın 15, 16, 19, 20, 21-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, görüşə gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.