Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək Qəbul Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq
Elm və təhsil
26 Sentyabr , 2017 18:09
Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 29-da, saat 11:00-da baş tutacaq qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 26-27-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi