Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək Bakı. 6 avqust. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.
Elm və təhsil
6 avqust 2018 08:16
Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək
Təhsil naziri Ceyhun Bayramov / Report

Bakı. 6 avqust. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul avqustun 13-də saat 10:00-da şəhərin Ədəbiyyat Muzeyində başlayacaq. 

Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinləri, o cümlədən bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-9 avqust 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi