Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib Qəbulda 57 vətəndaşın müraciəti dinlənilib
Elm və təhsil
26 Yanvar , 2015 17:59
Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 57 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi