Təhsil naziri: "Koronavirusa qarşı peyvənd olunacağam"

Təhsil naziri: "Koronavirusa qarşı peyvənd olunacağam" “Məktəbdənkənar fəaliyyət həm idman, həm də yaradıcılıq fəaliyyətindən ibarətdir".
Elm və təhsil
22 Yanvar , 2021 13:17
Təhsil naziri: Koronavirusa qarşı peyvənd olunacağam
Emin Əmrullayev

“Məktəbdənkənar fəaliyyət həm idman, həm də yaradıcılıq fəaliyyətindən ibarətdir. Pandemiya şəraiti imkan verərsə, həmin fəaliyyətə də müəyyən say və qaydalar gözlənilməklə baxıla bilər. Bunu da yaxın həftələrdə elan etməyi nəzərdə tuturuq”.

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

“Biz vaksinasiyanın tərəfində olan qurumuq. Növbə bizə çatanda özümüz və müəllimlərimizin vaksinasiya olunmasını gözləyirik. Vaksinasiyanın nə vaxt olunacağı ilə bağlı isə heç nə deyə bilmərəm”, - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi