Təhsil naziri kadr bankının yaradılması ilə bağlı vətəndaşlara müraciət edib

Təhsil naziri kadr bankının yaradılması ilə bağlı vətəndaşlara müraciət edib "Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib".
Elm və təhsil
27 Avqust , 2021 10:39
Təhsil naziri kadr bankının yaradılması ilə bağlı vətəndaşlara müraciət edib
Emin Əmrullayev

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib".

"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir: "Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər".

Son xəbərlər

Orphus sistemi