Samuxda yeni məktəb binası istifadəyə verilib

Samuxda yeni məktəb binası istifadəyə verilib Təhsil naziri Emin Əmrullayev Gəncəyə səfər edib.
Elm və təhsil
22 Sentyabr , 2021 11:17
Samuxda yeni məktəb binası istifadəyə verilib

Təhsil naziri Emin Əmrullayev Samux rayon İnstitut qəsəbəsində yeni istifadəyə verilən tam orta məktəbin açılışında iştirak edib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, Vətən müharibəsi qaziləri ilə görüşüb.

10.15

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, açılış mərasimindən sonra nazir mərkəzdə yaradılan şəraitlə tanış olub.

Emin Əmrullayev ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib, yeni təhsil müəssisələrinin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edilib ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 şagird təhsilalanın mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.

2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap  istiqamətində bilik və bacarıqlar əldə edirlər.

09.32

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılışında iştirak edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə E.Əmrullayevlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak edirlər.

09.13

Təhsil naziri Emin Əmrullayev Gəncəyə səfər edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nazir səfər çərçivəsində Gəncə şəhərində Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək "STEAM" Mərkəzinin, Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın və Gəncə Dövlət Universitetinin yataqxana kompleksinin açılışlarında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi