Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub"

Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub" "Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir".
Elm və təhsil
30 Sentyabr , 2020 16:38
Təhsil naziri: Ermənilər 9 məktəbə ciddi ziyan vurub
Emin Əmrullayev
0 : 00
0 : 00

"Son günlər ərzində ermənilərin təcavüzkar siyasəti nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib: "İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və əminik ki, Ordumuz qısa müddətdə torpaqlarımızı azad edəcək və orada tədris bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi