Təhsil naziri: “Cocuq Mərcanlı kəndində tikilən məktəb binası sentyabr ayında istifadəyə veriləcək”

Təhsil naziri: “Cocuq Mərcanlı kəndində tikilən məktəb binası sentyabr ayında istifadəyə veriləcək” Mikayıl Cabbarov: “Atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar, bu, həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır”
Elm və təhsil
267
15 Mart , 2017 10:14
Təhsil naziri: “Cocuq Mərcanlı kəndində tikilən məktəb binası sentyabr ayında istifadəyə veriləcək”
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayaraq ölkəmizin torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. İnsanların doğma yurdlarından məcburi köçkün düşməsi təhsil sisteminə də təsir edir. İşğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

“Report”un xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.
O bildirib ki, atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar, bu, həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır: “2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.
M.Cabbarov deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır: “Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

Son xəbərlər

Orphus sistemi