Təhsil naziri: "Bakalavriat səviyyəsinə qəbul planı 6,4 faiz artıb"

Təhsil naziri: "Bakalavriat səviyyəsinə qəbul planı 6,4 faiz artıb" Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötüb.
Elm və təhsil
14 İyun , 2019 03:42
Təhsil naziri: Bakalavriat səviyyəsinə qəbul planı 6,4 faiz artıb

"Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötüb".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

Nazir qeyd edib ki, artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib: "Bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6,4 faiz artmışdır. Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir".  

Son xəbərlər

Orphus sistemi