Təhsil naziri: "Azərbaycanda şagirdlərin cəmi 1 faizdən az hissəsi özəl məktəblərdə təhsil alır"

Təhsil naziri: "Azərbaycanda şagirdlərin cəmi 1 faizdən az hissəsi özəl məktəblərdə təhsil alır" "Təhsil sahəsi daha çox dövlətin nəzarətində olan sahədir. Dövlət təhsil müəssisələri ilə yanaşı ölkədə özəl məktəblərinin sayı artır. Hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır".
Elm və təhsil
354
31 May , 2022 11:18
Təhsil naziri: Azərbaycanda şagirdlərin cəmi 1 faizdən az hissəsi özəl məktəblərdə təhsil alır
Emin Əmrullayev

"Təhsil sahəsi daha çox dövlətin nəzarətində olan sahədir. Dövlət təhsil müəssisələri ilə yanaşı, ölkədə özəl məktəblərinin sayı artır. Hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil klassik anlamda məktəb sözünün sinonimi kimi başa düşülsə də, əslində belə deyil: "Təhsil özlüyündə daha geniş anlayışdır və burada həm formal, həm də qeyri-formal təhsilin ayrı-ayrı növləri, malları, əmtəələri satıla bilər. Təhsil pillələrindən asılı olaraq onun sənayeləşməsi də bundan asılıdır".

Nazir bildirib ki, özəl təhsil mənfəətli sahə kimi başa düşülür: "Dünya təcrübəsində özəl olub mənfəətli olmayan sahə də var. Bir çox ölkələrin təcrübəsinə baxsaq, xüsusilə də Türkiyədə ali təhsildə olan müəssisələrin hamısı mənfəətsiz olmalıdır. Harvard Universiteti belə özəl akademik qurum olsa da, orada mənfəət düşünülmür".

Son xəbərlər

Orphus sistemi