Təhsil naziri: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı yeni qaydalar hazırlanır"

Təhsil naziri: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı yeni qaydalar hazırlanır" "Qaydalar hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq"
Elm və təhsil
6 Oktyabr , 2017 13:27
Təhsil naziri: Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı yeni qaydalar hazırlanır
Vergilər naziri Mikayıl Cabbarov / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı yeni qaydalar hazırlanır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ilk növbədə Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir: “Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək. Qaydalar hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.

Mikayıl Cabbarov qeyd edib ki, hazırlıq siniflərinin hansı universitetlərdə hansı ixtisaslar üzrə olacağına dair qərarlar növbəti mərhələdə veriləcək: “Bu gün üçün müvafiq mütəxəssislər Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə birgə bu istiqamətdə iş aparır. Müəyyən müddətdən sonra yekun qərar barədə ictimaiyyətə məlumat veriləcək.”

Son xəbərlər

Orphus sistemi