Təhsil naziri
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, əmr təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədi ilə imzalanıb.
Əmrə əsasən, “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər planına görə, yanvarın 17-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi dərs keçiriləcək.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.