BDU ilə Tehran Universiteti arasında memorandum imzalanıb

BDU ilə Tehran Universiteti arasında memorandum imzalanıb Abel Məhərrəmov Tehran Universitetinin rektoru Nili Əhmədabadiyə "BDU-nun Fəxri qonağı" diplomunu təqdim edib
Elm və təhsil
17 Dekabr , 2014 15:43
BDU ilə Tehran Universiteti arasında memorandum imzalanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

BDU-nun mətbuat xidmətindən "Report"a bildirilib ki, rektor Abel Məhərrəmov ilk dəfə BDU-da olan qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib. 

N.Əhmədabadi öz növbəsində BDU-da olmaqdan məmnunluğunu ifadə edib, əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə universitetlərarası əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. 

Sonda Tehran Universitetinin rektoruna "BDU-nun Fəxri qonağı" diplomu təqdim edilib.

Son xəbərlər

Orphus sistemi