​Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün test imtahanı keçirilib

​Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün test imtahanı keçirilib Test imtahanında 245 nəfər iştirak edib, 1 nəfər qaydalara riayət etmədiyi üçün imtahandan xaric edilib
Elm və təhsil
245
29 May , 2015 18:12
​Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün test imtahanı keçirilib

Bakı. 29 may. REPORT.AZ/ SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə növbəti test imtahanları keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu il STTM-nə 89 nəfəri qız olmaqla ümumilikdə 437 nəfər, o cümlədən avtomatik idarəetmə sistemi üzrə operator ixtisasına hər yer üçün 13 nəfər, elektrik qaynaqçısı, qablaşdırma üzrə operator, aparatçı ixtisaslarına isə 6-8 nəfər müraciət edib.

2 saat ərzində davam etmiş imtahanda iştirakçılar riyaziyyat, kimya, fizika, milli dövlətçilik və məntiqi təfəkkürün yoxlanılması üzrə 70 test sualını cavablandırıblar. Test imtahanında 245 nəfər iştirak edib, 1 nəfər qaydalara riayət etmədiyi üçün imtahandan xaric edilib.

Bildirək ki, Təlim Mərkəzinə “Aparatçı”, “Avtomatik idarəetmə sistemi üzrə operator”, “Elektrik qaz qaynaqçısı”, “Qablaşdırma üzrə operator”, “Qazla kəsən” peşə ixtisasları üzrə 68 şagird qəbul olunacaq. İmtahandan müvəffəqiyyətlə keçən şagirdlər Sumqayıt Təlim, Tədris Mərkəzində seçdikləri ixtisaslar üzrə təhsil alacaqları bir tədris ili ərzində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunacaqlar.

Test imtahanının nəticələri mayın 29-da www.socar.az saytında yerləşdiriləcək.