Sumqayıt, Gəncə və Abşeronun lisey və gimnaziyalarında 1-ci sinfə qəbul zamanı uşaqlara güzəşt ediləcək

Sumqayıt, Gəncə və Abşeronun lisey və gimnaziyalarında 1-ci sinfə qəbul zamanı uşaqlara güzəşt ediləcək Qəbul imtahansız olacaq
Elm və təhsil
108
21 Fevral , 2018 13:55
Sumqayıt, Gəncə və Abşeronun lisey və gimnaziyalarında 1-ci sinfə qəbul zamanı uşaqlara güzəşt ediləcək
Report/ Elchin Murad

Bakı. 21 fevral. REPORT.AZ/ "2018/2019-cu tədris ilində Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda məktəbəqədər qruplara qəbulun elektron qaydada keçirilməsi nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər həmin şəhərlər və rayonda yerləşən gimnaziya və liseylərin xidməti ərazilərində yaşayan uşaqların 1-ci sinfə qəbulu zamanı həmin uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar Təhsil Nazirliyinin "Qaynar xətti"nə şikayət edə bilərlər.

C.Valehov müraciət edən valideynin hüquqlarının qorunacağını söyləyib.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva isə qeyd edib ki, yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək: "Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbulu zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində yaşayan uşaqlar qəbul ediləcəklər".

O deyib ki, lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar: "Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə müsabiqə ilə qəbul olunacaqlar".