Sosial məsafə saxlamaq və maska taxmaq intellekt haqqında nə deyir?

Sosial məsafə saxlamaq və maska taxmaq intellekt haqqında nə deyir? Pandemiya ilə bağlı tətbiq olunan müxtəlif izolyasiya tədbirləri ilə zəkamızın inkişafı arasında korrelyasiya əlaqəsi olduğu ortaya çıxıb.
Elm və təhsil
28 Avqust , 2020 12:55
Sosial məsafə saxlamaq və maska taxmaq intellekt haqqında nə deyir?

Pandemiya ilə bağlı tətbiq olunan müxtəlif izolyasiya tədbirləri ilə zəkamızın inkişafı arasında korrelyasiya əlaqəsi olduğu ortaya çıxıb.

“Report” “Telegraph”a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin əməkdaşları maraqlı araşdırma aparıblar.

Araşdırmaçılar sosial məsafənin qorunmasının daha çox qısamüddətli yaddaşla əlaqəli olduğunu düşünür. Bu da intellektual inkişafın göstəricilərindən biridir. İşçi yaddaş maksimum qısa müddətdə (bir neçə saniyə ərzində) məlumatın beyində saxlanma prosesidir. Bu məlumatın həcmi insanın bəzi əqli bacarıqlarının inkişafından xəbər verir: zehni, anlamaq və öyrənmək qabiliyyəti.

Araşdırmada 850 amerikalı iştirak edib, martın 13-dən 25-dək - ABŞ prezidentinin koronavirus yayılması təhlükəsi ilə bağlı ölkədə fövqəladə vəziyyət elan etməsinin ilk həftələrində aparılıb. İştirakçılar əvvəlcə demoqrafik sorğu anketini doldurublar. Sonra sosial məsafə ilə bağlı fərdi davranışları, əhval-ruhiyyədəki fərqləri, ümumi narahatlığı müəyyən edən suallara cavab veriblər. Alimlər intellektual və xarakter müxtəlifliklərini nəzərə alıblar.

Nəticələrə görə, işçi yaddaş həcmindəki fərqlər bir insanın özünütəcrid tədbirlərinə riayət edib-etməyəcəyini proqnozlaşdırmağa imkan verir. “Bu, dövlətin sosial məsafə və maska taxılmasını təşviq edərkən insanların qavrama qabiliyyətlərini nəzərə almalı olduğunu göstərir”, - araşdırmaçılar qeyd ediblər. Cəmiyyət zamanla məsafə saxlamaq və maska taxmaq kimi yeni sosial normaları sakit bir şəkildə qəbul etməyə başladıqca vərdiş halına gələcək.

Komanda gələcəkdə insanların pandemiya şərtlərini qəbul etməsinə kömək edən sosial və zehni faktorları müəyyənləşdirmək üçün ABŞ, Çin və Cənubi Koreyada məlumatlar toplayaraq təhlil etməyi planlaşdırır. Araşdırmaçılar işçi yaddaşın koronavirus böhranı zamanı irqi ayrıseçkiliklə necə əlaqəli olduğunu qiymətləndirmək üçün də məlumat toplamağa davam edirlər.

Son xəbərlər

Orphus sistemi